Zaqatalada ikiotaqlı ev yanıb
4 İyun 2013 16:04 KriminalZaqatala şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Beyləqan rayonu, Türklər qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31