Dərmanı konfetə bənzədib uddu

Gəncədə 7 yaşlı uşaq dərmandan zəhərlənib

Gəncədə 7 yaşlı uşaq dərmandan zəhərlənib. Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından APA-nın məlumata görə, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü N.Tağıyev ağır dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlər 7 yaşlı uşağı xilas ediblər. N. Tağıyevin valideyni L. Rəhimova həkimlərə bildirib ki, oğlu əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün ona dərman təyin edilib.

Həkimin təyin etdiyi dərman şirin olduğundan uşaq dərmanı konfet bilərək eyni vaxtda 20 tabletka qəbul edib və zəhərlənib. Hazırda onun səhhətinin normal olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31