Xilasedicilər bağlı qapı arxasında qalmış uşağı xilas ediblər
3 İyun 2013 16:34 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. FHN-dən "Olaylar"a verilən məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasediclər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31