Gömrükçülər erməni mənşəli spirtli içki aşkarladı

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi dırnaqarası işbazlar tərəfindən saxta, keyfiyyətsiz habelə standartlara cavab verməyən istehlak məhsullarının ölkəyə gətirilməsinə cəhdlər səngimir. Bu cür mallar arasında Gürcüstan və Rusiya istiqamətindən gətirilməsinə cəhd göstərilən Ermənistan mənşəli konyak, araq, siqaret, qəhvə və bir sıra digər istehlak məhsullarının olması xüsusi narahatçılıq və təəssüf doğurur. Bu günlərdə gömrük əməkdaşları Gürcüstan və Rusiya Federasiyası istiqamətindən respublikamıza gətirilməsinə cəhd göstərilən xeyli miqdarda Ermənistan mənşəli konyaklar, araqlar, siqaret və qəhvə məmulatları aşkar etmişlər. Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müasir avadanlıqlardan istifadə edilməklə aparılmış laborator müayinəsi nəticəsində tədqiqata təqdim olunmuş, istehsalı texnoloji qaydaların pozulması ilə həyata keçirilmiş bu məhsulların saxta, istehlak üçün yararsız, tərkibində insan orqanizmi üçün təhlükəli və hətta zəhərli maddələrin olması müəyyənləşdirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31