Həbsxanada fəlakət

Hasarlar uçdu,rabitə və işıq kəsildi

Dünən saat 17:40 radələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yerləşdikləri ərazidə normal hava şəraitində təxminən 1 dəqiqə davam edən burulğanla müşaiət olunan güclü qasırğa nəticəsində qeyd olunan müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, hər iki müəssisənin azbest şiferindən olan dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib. Bu barədə Femida.az-a Penitensiar xidmətin ictiamiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Fövqəladə hadisə barədə məlumat daxil olduğu andan xidmət üzrə həyəcan siqnalı elan olunub, tabe qurumlar səfərbər olunaraq hadisə yerinə göndərilib, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Azərenerji ASC-nin müvafiq qurumları əraziyə cəlb olunublar.8 və 12 saylı cəzaçəkmə müəssisələrində təhlükəsizliyin təmin olunması, o cümlədən ayrı-ayrı məhkumların təbii fəlakətdən istifadə edərək qaçmasının qarşısını almağa yönələn təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
Hal-hazırda səfərbər olunmuş qüvvələrin köməyi ilə və mövcud vasitələrdən istifadə olunmaqla baş vemiş gözlənilməz təbii fəlakətin nəticələri aradan qaldırılır.
Cəzaçəkmə müəssisələrində vəziyyət stabildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31