Xilasedicilər qəzaya uğramış avtomobildə ölmüş sürücünü çıxarıblar
3 İyun 2013 12:43 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 53-cü kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə, "BMW" markalı nəqliyyat vasitəsi ağır deformasiyaya uğramış və avtomobildə olan sərnişin Nəzirov Elçin Novruzağa oğlu hadisə zamanı həlak olub. FHN-dən "Olaylar"a verilən məlumata görə, xilasedicilər dərhal hadisə yerinə cəlb olunublar. Təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin meyitini avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31