Bakı-Qazax yolunda dəhşətli qəza

KamAz-la toqquşan BMW tanınmaz hala düşdü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 53-cü kilometrliyində BMW markalı minik avtomobili ilə KamAZ markalı yük avtomobili toqquşub.FHN-in rəsmi saytının  verdiyi məlumata görə, nəticədə BMW markalı nəqliyyat vasitəsi ağır deformasiyaya uğramış və avtomobildə olan sərnişin Nəzirov Elçin Novruzağa oğlu hadisə zamanı həlak olmuşdur.Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin meyitini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:39-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31