Gəncədə sursat tapılıb

Gəncə şəhərinin şərq istiqamət çıxışında, Nizami məqbərəsinin yaxınlığında sursat tapılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxs Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsinə zəng vuraraq, Gəncə-Bakı magistral yolunun, Nizamı məqbərəsi yaxınlığında sursat olması barədə məlumat verilib. Sözü gedən əraziyə yollanan polis əməkdaşları oradan 111 ədəd 7,62 mm çaplı "PK" pulemyot gülləsi, 25 ədəd 5,45 mm kalibrli "Kalaşnikov" avtomat gülləsi aşkarlanıb. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31