Türkiyədə sevgilisi tərəfindən döyülən azərbaycanlı qadın
19 İyun 2012 18:26 KriminalTürkiyədə Azərbaycan vətəndaşı olan 38 yaşlı Z.M adlı xanım nikahsız yaşadığı kişi tərəfindən döyülüb. "Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün azərbaycanlı qadını səhər saatlarında küçədə qaçaraq ağladığını görənlər polisə bu barədə xəbər veriblər. Bu zaman polis maşınının qabağına özünü atan Z.M nə olar mənə kömək edin deyərək polisdən yardım istəyib: "Hər gün ərim məni döyür. Bütün gecəni döyməyinə baxmayaraq, səhər yenə də döydü".
Daha sonra polis bölməsinə gətirilən qadın kişi ilə nikahsız yaaşdığını bildirib və ondan şikayətçi olduğunu yazıb. Bədəninin müxtəlif yerlərində döyülmə izi olan azərbaycanlı qadın səhər tezdən polisi axtarmaq üçün evdən qaçdığını bildirib.
Hazırda 38 yaşlı qadının təhlükəsizliyi polis bölməsində qorunur.