Qobustanda üç otaqlı ev yanıb
31 May 2013 12:11 KriminalQobustan rayonu, Nabır kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Naziliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın zamanı evin 1 otağının döşəməsi 4 kv.m sahədə və otağa yığılmış 4 kub taxta materialları yanıb, yüksək temperaturdan 2 ədəd plastik pəncərə deformasiyaya uğrayıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31