Xilasedicilər qəzaya düşən şəxsi xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Shacman" markalı 2 yük avtomobili toqquşub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1 nəfər qəzada xəsarət alıb və deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31