Bakıda böyük partlayış həyəcanı
31 May 2013 12:03 KriminalBakıda 3 körpüyə partlayıcı qurğu qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatda Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib.
FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.
Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.
Əməliyyat mayın 31-i saat 06:52-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31