Şəmkirdə intihar dalğası
Rayonda 3 intihar hadisəsi baş verib
31 May 2013 11:52 KriminalŞəmkir rayonunda 3 intihar hadisəsi baş verib. Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə İrmaşlı kəndində qeydə alınıb. 1951-ci il təvəllüdlü Hikmət Cahangir oğlu Nağıyev özünü asaraq intihar edib.
Digər hadisə isə Dəllər qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Ceyhun Saleh oğlu Abbasov özünü asıb.
Başqa bir hadisə isə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aynur Nizami qızı Dilmanlı özünü asaraq intihar edib.
Hər üç faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31