Sənubər İsgəndərli “gəlini” ilə işbirliyi quracaq
30 May 2013 17:03 KriminalÖtən gün "Zengin Kız və Fagir oğlan" serialının çəkiliş heyətinin Bakı səfəri ilə əlaqədar mətbuat nümayəndələri üçün Türkiyə səfirliyində təşkil edilən tədbirə qatılan aktrisa Sənubər İsgədərli serialdakı rolu haqda məlumat verərək gərgin iş rejimindən danışıb: "Atatürk hava limanından birbaşa çəkiliş meydançasına yollandıq. Demək olar ki, bir dəqiqə belə dincəlməyə imkan tapa bilmədik. Türkiyədə olduğum müddətdə cəmisi iki saat yata bildik. Amma çəkilişlər, səfərimiz, yeni rejissor və aktyorlarla işbirliyi çox mənalı oldu. Hər şeydən razı qaldıq. Özümüzü tamamilə başqa ab-havada hiss edirdik. Serialın 38-ci bölümündə Əzizağa Əzizovla Azərbaycandan gələn biznesmen ər-arvad rolunu canlandırdıq. Hələlik ki, çəkiliş bir seriya ilə yekunlaşıb. Növbəti seriyalarda çəkilib-çəkilməyəcəyimiz hələ ki, bəlli deyil". Aktrisa daha sonra serialda bir zamanlar onun gəlini rolunu canlandıran Vəfa Zeynalova ilə gerçəkləşdirmək istədikləri layihə haqda söz açıb: "Gəlinim məni çox yorub. Onun canı yanmasın. Yaxın günlərdə gəlinimlə yeni işbirliyim də ola bilər". Məşhur aktrisa yorğun iş fəaliyyəti ilə əlaqədar istirahətə ehtiyacı olduğunu da söyləyib: " "Qaynana" məni çox yorub. Buna görə, dincəlməyə ehtiyacım var". ( "OLAYLAR" İA)