Kürdəmirdə külli miqdarda çətənə kolu və marixuana aşkar edilib
30 May 2013 14:47 KriminalKürdəmirdə çəkisi 31 kiloqram 500 qram olan 167 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 29-da Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Söyüdlər kənd sakini Füzuli Əsgərova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 31 kiloqram 500 qram olan 167 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
F.Əsgərovun evinə baxış zamanı əlavə 1 kiloqram 25 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31