Bakıda ləkələnmiş qadın namusunu üç kişi bir neçə ilə "yudu"
...amma 3 uşağı yetim qoymaqla
30 May 2013 12:13 KriminalBakıda qadının qətli ilə bağlı ilkin məlumatlar əldə etdik. Sabunçu Rayon Polis İdarəsindən aldığımız məlumata görə, Əzəmət Quliyeva qısqanclığın qurbanı olub. Üç uşaq anası olan Ə.Quliyevanın başqa şəxslə görüşdüyünü hiss edən qaynı Rəfael Quliyev onu öldürüb.
Dünən çoxsaylı bıçaq zərbələri ilə qanına qəltan edilən qadın bir neçə dəfə ölümlə üz-üzə qalıb. Onu bir dəfə öz qardaşı, sonra isə həyat yoldaşı bıçaqlayaraq məhkum olunublar. Ancaq Ə.Quliyevanı hər iki halda həkimlər xilas ediblər. Dünən isə qaynı Rəfael Quliyevin bıçaq zərbələri qadın üçün son olub. Yaşadığı evdə çoxsaylı bıçaq zərbələri alan Əzəmət canını tapşırıb.
Tutulan R.Quliyev əvvəllər də bir neçə dəfə narkotik cinayəti üstündə məhkumluq həyatı yaşayıb.