Ölkənin ən təhlükəli cinayətkarı ələ keçdi
29 May 2013 19:03 KriminalFransa polisi Paris yaxınlığında quldurluğa görə məhkum olunan Reduan Faidi ələ keçirə bilib.milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Faid aprel ayında həbsxanadan qaçmışdı. O, mayın 29-da Parisdən 20 km aralıda Ponto-Kombo kommunasında ucuz otelda həbs olunub. Onun saxlanılması zamanı polis bir neçə odlu silah və avtomobil müsadirə edib. Fransanın daxili işlər naziri Manuel Valsın sözlərinə görə, Faid azadlıqda olduğu müddətdə dəfələrlə yerini dəyişib. Sonuncu oteldə isə bir neçə gün qalıb. Onun saxlanıldığı həbsxana Belçika ilə sərhəddən 15 km aralıda yerləşdiyinə görə fransız hökuməti əvvəlcə Faidin ölkə sərhədini tərk etdiyindən narahat idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31