Azərbaycanda zavodda baş verən qəzanın təfərrüatları məlum oldu VIDEO

Baş vermiş çökmə nəticəsində ölən 2 nəfərin zavodun işçisi olmadığı deyilir

Gəncədəki Det AL Alüminium Zavodunda baş verən qəzanın təfərrüatları məlum olub. Belə ki, zavodda baş vermiş çökmə nəticəsində ölən 2 nəfərin zavodun işçisi olmadığı deyilir.  Gəncə şəhər Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, zavodun sexində söküntü işləri aparılması ilə əlaqədar hazırlıq işləri görülərkən qəftələtən dəmir beton konstruksiya çöküb. Nəticədə Sumqayıt sakinləri Vyaçeslav Feyzullayev və Səlim Seyfullayev metal-beton tavanın altında altında qalıb. Hər iki şəxs aldığı bədən xəsarətlərindən ölüblər.
"Həmin cinayət işi üzrə toplanmış materiallar nəticəsində texniki təhlükəsizlik təyin olunacaq bunun nəticəsində texniki təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı müəyyənləşdiriləcək", - deyə Gəncə şəhər prokurorunun köməkçisi bildirib.  Zavodun baş direktoru Cəmil Səfərov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, ölən şəxslər podratçı şirkətin müqavilə üzrə cəlb etdiyi işçilərdi.  "Şifariççi Det-Aldır, amma söküntü işləri gedir. Bunların Det-Ala nə aidiyyatı var. Det Al yalnız sifarişçidir", - deyə Cəmil Səfərov bildirib.
Qeyd edək ki, ölən şəxslərdən başqa xəsarət alanların olmadığı bildirilir. Faktla bağlı Gəncə ş. Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31