Kababdan kütləvi zəhərlənmə

Zülfiyyə Allahverdiyeva, qohumları və iki qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar

Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün Köhnə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayanlar Zülfiyyə Allahverdiyeva, qohumları Yeganə Hüseynova və onun qızları Aysel və Nazlı qidadan (kababdan) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31