Azərbaycan hərbçisi qəzaya uğradı
Məzuniyyətdən qayıdan leytenant avtomobili aşırıb
29 May 2013 15:37 KriminalMüdafiə Nazirliyinin zabiti yol qəzasına düşüb. APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Göygöl rayonunun Toğana kəndində qeydə alınıb. Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsinin leytenantı Elnur Namiq oğlu Muradov məzuniyyətdən qayıdarkən "VAZ-21011" markalı avtomobilin idarəetməsini itirərək avtomobili aşırıb. E.Muradov müxtəlif bədən xəsarətləri alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31