Bakıda silahlı şəxs ələ keçdi
29 May 2013 15:25 KriminalBakıda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Səbail rayonu ərazisində baş verib. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eldar Bəkirovun evindən 1 ədəd "Naqan" tipli tapança tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31