Lənkəranda usta ikinci mərtəbədən yıxılaraq ölüb

Lənkəranda evdə işləyən usta ikinci mərtəbədən yıxılaraq ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 28-də Lənkəran rayonunun Sütəmurdov kəndində tikilməkdə olan evdə usta işləyən Mirmuseyib Alxasov ikinci mərtəbədən yıxılıb.
Usta xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və Alxasov orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31