Qobustanda bir nəfər elektrik cərəyanından ölüb
29 May 2013 13:51 KriminalŞamaxı rayon sakini təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 28-də Qobustan rayonunun Mərəzə qəsəbəsi ərazisindəki "Şamil" mağazasının damında təmir işləri apararkən Şamaxı rayon sakini Samir Əsgərovu elektrik cərəyanı vurub.
Nəticədə Əsgərov hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31