Türkiyədə uşağı basdıraraq həyatını qurtardılar - FOTO

Türkiyənin Ağrı vilayətində işıq dirəyinin üstündəki quş yuvasına baxmaq üçün çıxan uşağı elektrik cərəyanı vurub.

Türkiyənin Ağrı vilayətində işıq dirəyinin üstündəki quş yuvasına baxmaq üçün çıxan uşağı elektrik cərəyanı vurub.

Olaylar.Az  bildirir ki, doqquz yaşlı Mərt Artan cərəyanın şiddətindən yerə çırpılıb.

Bu zaman ətrafdakı çobanlar uşağın bədənindəki elektrik enerjisini atmaq üçün onu torpağa basdırıblar.

Başından başqa bütün bədəni torpağa basdırılan uşaq bir müddət sonra ayılıb.

Xəstəxanaya çatdırılan uşağa 3-cu dərəcəli yanıq diaqnozu qoyulub. Altı gün reanimasiya şöbəsində qalan Mərtin müalicəsi xəstəxanada davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31