“Xan sarayı” şadlıq evində qan düşdü
19 İyun 2012 16:32 KriminalŞəmkir rayonundakı şadlıq evində restoran işçiləri arasında bıçaqlaşma baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirıliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə iyunun 18-də rayon ərazisindəki "Xan sarayı" şadlıq evində baş verib. Orada işləyən Əvəz Həsənovla iş yoldaşı Elməddin Məmmədov arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Dava zamanı Əvəz Həsənov iş yoldaşı Elməddin Məmmədova bıçaqla xəsarət yetirib. Ə.Həsənov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31