Sumqayıtda qadın özünü doğrayaraq özünü öldürməyə cəhd edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə iyunun 18-də baş verib. Şəhər sakini Nazilə Əliyeva intihar məqsədilə damarlarını şüşə parçası ilə kəsib. O, ailə üzvlərinin köməyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31