Bakı metrosunun eskalatorunda qadın ölümlə üz-üzə qaldı

Onun qışqırtısına metro işçiləri və polislər gəldilər

Bakı metrosunda qadın ölümdən dönüb. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, bu gün səhər saatlarında metronun "Həzi Aslanov" stansiyasının eskalatoruna minmək istəyən qadın qəflətən yıxılıb.Arxası üstə yıxılan qadın eskalatorun pilləkənləri ilə aşağı yumalanıb.Qadının qışqırtısına metro işçiləri və polislər gəliblər. Eskalatordan çıxarılan qadına yardım göstərilib.Məsələ ilə bağlı metropolitendən məlumat almaq mümkün olmadı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31