Saratovda hərbi vertolyot qəzası : bir nəfər ölüb
29 May 2013 10:23 KriminalSaratovda hərbi vertolyot qəzaya uğrayıb. Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, faciə nəticəsində bir nəfər həlak olub.
Mənbənin məlumatına əsasən, mayın 28-də İvanov yaşayış məntəqəsi yaxınlığında təlim uçuş edərkən, Jukovsk və Qaqarin adına Hərbi-Hava Akademiyası Sızran filialına məxsus "Mi-8" vertolyotu qəzaya uğrayıb.3 heyət üzvündən ikisi komandir təlimatçı və təlim görən müdavim vertolyotu tərk edə bilib. Ancaq bort mühəndis həlak olub.Qəzadan qurtaran heyət üzvləri yaralanıb.Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenkov bildirib ki, qəzanın səbəbi aydınlaşanadək bütün növ vertolyotların uçuşları dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31