Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır qəzayla bağlı məlumat yaydı
Qəza zamanı xəsarət alanların şəxsiyyəti hələlik açıqlanmayıb
29 May 2013 10:12 KriminalFövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Nizami rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. ANS PRESS-in FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hundai-Santa Fe" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.Qəza zamanı şəxsiyyətləri məlum olmayan 3 nəfər (2 sürücü 1 sərnişin) aldığı müxtəlif bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.