Azərbaycanlı boksçunun evində partlayış: azyaşlı uşaq dünyasını dəyişdi
Soltan Migitinovun həyat yoldaşı və digər 2 uşağı hazırda xəstəxanadadır
28 May 2013 07:41 KriminalAzərbaycanlı boksçu Soltan Migitinovun ailəsinə faciə üz verib. ANS PRESS-in məlumatına görə, boksçunun evində qaz partlaması nəticəsində, azyaşlı uşağı dünyasını dəyişib. Hadisə nəticəsində S. Migitinovun xəsarət almış həyat yoldaşı və digər 2 uşağı isə hazırda xəstəxanadadır.Qeyd edək ki, bununla bağlı boksçu iyunun 1-də Belarusun paytaxtı Minskdə start götürəcək boks üzrə böyüklər arasında növbəti Avropa çempionatında iştirak etməyəcəyi gözlənilir. 75 kq çəki dərəcəsində onu digər boksçu əvəz edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31