Milli Ordumuzun əsgəri şəhid olub

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib. O, hospitala aparılırkən yolda dünyasını dəyişib.  Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, N. Həmidov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31