Borca görə axtarılan 15 nəfər saxlanıb

Həftəsonu (şənbə-bazar) respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 82 cinayətin üstü “isti izlər”lə açılıb.

Həftəsonu (şənbə-bazar) respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 82 cinayətin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31