Şəmkirdə yol qəzası, 2 ölü, 3 yaralı
Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində “Ford” və “İnfiniti” markalı avtomobillər toqquşub.
16 Avqust 2021 15:34 KriminalŞəmkir rayonunun Qasımalılar kəndi ərazisində "Ford" və "İnfiniti" markalı avtomobillər toqquşub. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 15-də saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində Mingəçevir şəhər sakini R.Tağıyevin idarə etdiyi "Ford" markalı və Bakı şəhər sakini A.Pirməmmədovun idarə etdiyi "İnfiniti" markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Tağıyevin sərnişinləri - Gilas İsgəndərova və Familə Tağıyeva aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, özü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31