Samuxda iki qadını ilan sancdı
Hər iki qadın xəstəxanaya yerləşdirilib
27 May 2013 18:56 KriminalSamuxda iki ilan sancma hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakini, 1966-cı il təvəllüdlü Tacirə Əbilova özünə məxsus həyətyanı sahədə gəzərkən ilan sol ayağından sancıb. Qadın dərhal Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona zərdab vurulduqdan sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Başqa bir ilan sancma hadisəsi isə rayonun Sarıqamış kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Fərqanə Ələkbərova həyətyanı təsərrüfatında işləyərkən onu sağ əlindən ilan sancıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun səhhətinin normal olduğu bildirilir.