Bakıda güclü partlayış: Sakinlər küçəyə axışdı - VİDEO
Ötən gecə Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində elektrik xətləri yanıb.
13 Avqust 2021 15:00 KriminalÖtən gecə Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində elektrik xətləri yanıb.
Olaylar.az-ın məlumatına görə, Biləcəri qəsəbəsi, Ordubadi keçəsi, döngə 2 ünvanında elektrik xətləri partlamağa başlayıb.
Nəticədə yüksək gərginlikli elektrik xətləri qırılıb və yerə düşüb. Ərazidə güclü partlayış yaranıb. Sakinlər qorxudan küçələrə axışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər cəlb olunub.
Qısa zamanda problem aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31