Bakıda iranlı iş adamını öldürən killer və sifarişçi həbs olundu
27 May 2013 16:43 KriminalBakıda iranlı iş adamını qətlə yetirən killer və qətlin sifarişçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ və Bakı şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölmüş Mirəli Həqizadənin ölümünü sifariş vermiş Bakı şəhər sakini Aydın Rüstəmov və həmin cinayəti icra edən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov Göygöl rayonu ərazisində tutulub, ondan 1 ədəd "TT" markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31