Qəzaya uğrayan gəmi ikiyə bölündü
Panama bayrağı altında üzən yük gəmisi Yaponiya sahillərində qəzaya uğrayaraq ikiyə bölünüb.
12 Avqust 2021 11:49 KriminalPanama bayrağı altında üzən yük gəmisi Yaponiya sahillərində qəzaya uğrayaraq ikiyə bölünüb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, gəminin Filippin və Çin vətəndaşlarından ibarət bütün heyət üzvləri təxliyə edilib.
Hadisə nəticəsində dənizə yanacaq tökülüb. 30 min tondan çox su tutumuna malik olan gəminin bir hissəsi dalğalara qərq olaraq sahildən uzaqlaşıb. Bu da digər gəmilərin hərəkəti üçün böyük təhlükə yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31