Turistlər ehtiyatlı olun: Qəbələdə saxta əsginazlar aşkarlanıb
27 May 2013 16:26 KriminalTurizm zonası sayılan Qəbələ rayonunda saxta əsginazlar aşkarlanıb. Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Zaur Məlikovdan, Elçin Tağıyevdən və Ramil Hüseynovdan 4 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginaz götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31