DİN fahişəxanada əməliyyatı

İki nəfər həbs edildi

Goranboyda tanınmış istirahət mərkəzi fahişəxana kimi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Qızılhacılı kəndinin ərazisindəki "Sərin göl" istirahət mərkəzində oranın işçisi Elçin Kərimov gəlir əldə etmək məqsədi ilə  qadınları fahişəliyə cəlb etdiyi üçün, Şəmkir rayon sakini Samirə Şıxməmmədova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi üçün tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31