Azərbaycanda zavod uçdu, 2 ölü
Hadisə Gəncə aliminium zavodunda baş verib
19 İyun 2012 15:54 KriminalÖtən gün günorta saatlarında Gəncə şəhəri Aliminium Zavodunda uçqun baş verib. Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhərində, "Alüminium Zavod" MMC-nin ərazisində yerləşən köhnə poladəritmə sexində söküntü işləri aparılarkən beton tavanın uçması nəticəsində iki nəfər ölüb. Bunlar Vyaçeslav Feyzullayev və Səlim Seyfullayev adlı şəxslərdir.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi üzrə cinayət işi açılıb araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31