Bakıda hərbi təlim mərkəzində partlayış: 1 əsgər yaralı

Bakıda təlim mərkəzində partlayış baş verib. APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb.
 Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin yaralanması faktını təsdiqləyib.
Qeyd edək ki, V. Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31