Əl yükündən süngü-bıçaq çıxdı

Astara Gömrük İdarəsində İran İslam Respublikasından piyada yolla ölkəmizə  gələn Azərbaycan vətəndaşı Pərviz Şabanovun əl yüklərinə "Heyman Sistem" rentgen aparatında baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zaman həmin vətəndaşın çamadanından gömrük nəzarəti zamanı bəyan etmədiyi, təqribi uzunluğu 30 sm olan və "Kalaşnikov" konstruksiyalı avtomat silahın komplekt hissəsinə aid - bir tərəfi kəsici, ucu batıcı xassəyə malik süngü-bıçaq aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31