Xarici valyuta və zinət əşyaları aşkar olundu

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələn "VAZ-21103" markalı nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin avtomaşının sürücüsü Azərbaycan vətəndaşı Abdula Xartumov tərəfindən bəyan olunmayan 389 ədəd 100-lük ABŞ dolları, ümumi çəkisi 108,55 qram olan - 30 cüt qaşsız, 3 cüt ağ və yaşıl qaşlı sırğalar və 1 ədəd ağ qaşlı üzük aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31