Gömrük nəzarətindən gizlətdi

Azərbaycan Respublikasının vətəndaşı Mübariz Məmmədov Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə,  gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən M.Məmmədov üzərində və əl yükündə xarici valyutanın və digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin qeyri-səmimi olduğu və hərəkətləri şübhə doğurduğu üçün onun üzərində şəxsi yoxlama aparılmış və bu zaman M.Məmmədovun üzərində gömrük nəzarətindən gizlədilmiş 25300 ABŞ dolları aşkar edilib.

M.Məmmədov külli miqdarda xarici valyutanı gizlətməsinin səbəbini İstanbulda həmin pulun oğurlana biləcəyindən ehtiyat etməsi ilə izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31