Bakıda 23 yaşlı qız, 40 yaşlı kişi və 88 yaşlı qocanın faciəvi sonu
27 May 2013 10:47 KriminalMayın 26-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində 2 intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Həsənoğlu küçəsi 16, mənzil 12 ünvanında 1990-cı il təvəllüdlü Cəlilova Könül Vahid qızı intihar edib. 23 yaşlı qız mənzilin yataq otağında tavandan özünü asaraq intihar edib.Digər hadisə isə Nərimanov rayon ərazisində yerləşən 69 saylı uşaq bağçasının həyətində olub. Z.Bünyadov prospekti 28 B ünvanında qeydiyyatda olan 1973-cü il təvəllüdlü Musayev Zöhrab Eldar oğlu özünü Azadlıq prospekti, 909 saylı məhəllədə yerləşən həmin bağçanın həyətindəki ağacdan asıb. Kapron ipdən asılı vəziyyətdə qalmış kişinin meyitini aşkarlayan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər.Daha bir intihar hadisəsi Səbail rayonu ərazisində baş verib. Rayonun Bayıl qəsəbəsi, Litvin Babayev küçəsi 65 ünvanında yaşayan 1928-ci il təvəllüdlü Yuzev Qriqori Efimoviç özünü yaşadığı mənzilin pəncərəsindəki metal qoruyucudan asıb.Hər bir fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar aparılır.