Abşeronda poçt binası külə döndü

Abşeronda poçt binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirlikin saytına istinadən yaydığı məlumata görə, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət 2 saylı poçtun yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31