Bakıda 5 mərtəbəli yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. Byu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 10 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31