Neftçalada təqaüdçü qadın özünü Kürə ataraq intihar edib

Neftçala rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bankə qəsəbə sakini 1940-cı il təvəllüdlü Cavadova Fəridə Baloğlan qızı özünü Kür çayına ataraq intihar edib. Qadının meyiti sudan çıxarılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31