Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari qəza olub, yaralananlar var

Bakıda sərnişin avtobusu qəza törədib

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Zabrat qəsəbəsində qeydə alınıb.166 saylı xətt marşrutu ilə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu 99 EX 196 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil, 90 HS 992 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil və 198 saylı xətt marşrutu ilə hərəkət edən "DAEWOO" markalı avtobusa çırpılıb.Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.Xəsarət alan şəxslərin adları açıqlanıb.3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.1949-cu il təvəllüdlü Çərkəz Şükür oğlu Əliyev, 1972-ci il təvəllüdlü Kəmalə Balaqardaşı qızı Əliyeva, 1966-cı il təvəllüdlü Elmira Davud qızı Manafova, 1959-cu il təvəllüdlü Fəridə Mehbala qızı Hacıyeva, 1981-ci il təvəllüdlü Şaiq Mehman oğlu Quliyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.Xəsarətləri yüngül olan bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31