Sumqayıtda “KamAz” “Jiquli”ni tapdadı, 3 nəfər öldü
24 May 2013 15:27 KriminalSumqayıtda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 23-də saat 17.55 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini Musa Musayevin idarə etdiyi "KamAZ" markalı və İnşaatçılar qəsəbə sakini Sahib Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşub. Nəticədə S.Məmmədov və sərnişinləri, Sumqayıt şəhər sakinləri Xanqulu Cəbiyev və Səməd Allahverdiyev hadisə yerində ölüblər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31